“Sumqayıt” klubuna yeni futbolçu gəlir. Sumqayıt24 bu haqda 11 yanvar tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Rusiyanın “Arsenal” komandasında çıxış edən Kamran Əliyev “Sumqayıt”ın düşərgəsinə qoşulub. 24 yaşlı hücumçunun tezliklə rəsmi müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, Kamran Əliyev iyul ayından “Arsenal”ın formasını geyinir.