Sumqayıtlı futbolçular milli yığmanın tərkibində mini-futbol üzrə Avropa çempionatında iştirak ediblər. Bu haqda bu gün, 13 iyun tarixində Sumqayıt24 xəbər verir.
Belə ki, Azərbaycan milli yığma komandasının heyətində Elvin Əlizadə və Mirmehdi Rzayev çıxış ediblər. İdmançılar İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələridir.