top
“Barselona”ya getməyib, “Sumqayıt”a gələn futbolçu
13 noyabr 2024, 01:34
- ↺ +

“Barselona”ya getməyib, “Sumqayıt”a gələn futbolçu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sumqayıt"ın ekvadorlu yarımmüdafiəçisi ölkəsinin mətbuatına müsahibə verib.

Sumqayit24.az xəbər verir ki, “EXPRESO”ya danışan Cordan Rezabala Azərbaycandakı çıxışından və liqanın səviyyəsindən söhbət açıb.

- Azərbaycana köçdükdən sonra özünüzü necə hiss edirsiniz?

- Özümü çox yaxşı hiss edirəm. Düşünürəm ki, komanda da məndən razıdır. Biz hətta rəhbərliklə müqavilə müddətinin artırılmasının mümkünlüyü barədə danışmışıq. Amma düşünürəm ki, bu barədə söz açmaq hələ tezdir. Axı çempionat bir müddət əvvəl, avqustda başlayıb.

- Bu ölkədə liqa hansı səviyyədədir?

- Bu, Avropa yarışlarında iştirak etmək imkanı verən çox rəqabətli liqadır. Xoşbəxtlikdən Konfrans Liqasında oynamaq imkanım oldu.

- “Sumqayıt”la müqaviləniz nə vaxt başa çatır?

- Gələn ilin iyun ayına kimi Azərbaycanda olacam.

- Başqa liqaların klublarından təklif almısınız?

- Bəli, çox adam mənimlə əlaqə saxlayıb. Qeyri-rəsmi idi, amma müqavilə vəziyyətimi soruşdular. Təbii ki, razılaşa bilməzdim, çünki mənim agentim və hörmət etməli olduğum müqaviləm var.

- Vaxtilə “Barselona”dan (Ekvador) təklif almışdınız...

- Bəli, “Quayakil”də yaxşı səviyyədə çıxış etdiyim vaxtlarda olmuşdu. “Barselona”nın rəsmiləri ilə danışmışdım. Ancaq başa düşdüm ki, oynamaq üçün çox imkan olmayacaq. Bu, göstərdiyim sabitliyə baxmayaraq belə olacaqdı. Bundan başqa, mənim mövqeyimdə çoxlu futbolçu var idi. Atam “Barselona”nın sadiq azarkeşidir. Ona bu klubdan maraq olduğunu söylədim və o, mənə dedi: “Çox şey haqqında düşünməlisən. Məsələn, oynayıb-oynamayacağını".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
04 noyabr 2026, 17:45

Sumqayıtlılar tullantı verib ting ala biləcəklər

Bütün xəbərlər
04 noyabr 2026, 17:15

SDU-da hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - REKTOR AÇIQLADI

Bütün xəbərlər
04 noyabr 2026, 16:45

Sumqayıtda küçə problemi: yağış yağanda gölməçə, gecə düşəndə zülmət

Bütün xəbərlər
04 noyabr 2026, 16:43

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq

Oxşar xəbərlər