Sumqayıt basketbol komandası uğur qazanıb. Bu haqda 7 avqust tarixində Sumqayıt24 məlumat verir.
Bakı Su İdman Sarayında “3x3” basketbol çempionatı keçirilib. Yarışda kişilərdən ibarət 16 komanda mübarizə aparıb. Sumqayıtın “Rising Stars” komandası turnirdə 3-cü yeri tutub. Təmsilçilərimiz 150 manat pul mükafatı və bürünc medallarla təltif olunublar.