Sumqayıt idmançısı beynəlxalq turnirdə iştirak edib. Bu haqda 11 avqust tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Belarusun Minsk şəhərində keçirilən II MDB Oyunlarında 54 kq çəki dərəcəsində mübarizə aparan boksçu Ömər Aslanlı bürünc medal qazanıb.
İdmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rüfət Aslanovdur.