Sumqayıtda idman tədbiri keçirilib. Sumqayıt24 bu haqda 18 avqust tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Sumqayıt Bulvarında “İdman hamı üçün” layihəsi çərçivəsində kapoeyra idman növü üzrə nümunəvi çıxışlar təşkil edilib. Tədbirin məqsədi uşaq, yeniyetmə və gənclər arasında idmanın təşviqidir.