Sumqayıtda “Karate hamı üçün” devizi altında nümunəvi çıxışlar baş tutub. Bu haqda 8 avqust tarixində Sumqayıt24 məlumat verir.
Abşeron-Xızı Regional Gənlər və İdman İdarəsi tərəfindən keçirilən idman tədbiri bulvar ərazisində təşkil olunub.
Tədbirin təşkilində məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.