Sumqayıtda cüdo tədbiri keçiriləcək. Sumqayıt24 bu haqda 11 sentyabr tarixində xəbər verir.
Gənclər və İdman Nazirliyi həftənin afişasını yayımlayıb. Məlumata görə, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən cüdo üzrə nümunəvi çıxışlar təşkil olunacaq.
Tədbir 13 sentyabr saat 10:00-da Corat qəsəbəsi, “Corat” İdman Klubunda baş tutacaq.