Sumqayıtda “Cüdo hamı üçün” devizi altında nümunəvi çıxışlar keçirilib. Bu haqda 29 iyul tarixində Sumqayıt24 məlumat verir.
İdman tədbiri Kimyaçılar qəsəbəsidə təşkil olunub. Burada uşaq, yeniyetmə və gənclər iştirak ediblər. İdmançılar cüdo idman növü üzrə müxtəlif fəndlər yerinə yetiriblər, nümunəvi çıxışlar nümayiş etdiriblər.
Tədbirinin təşkilində məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.