Sumqayıtlı idmançılar Dünya çempionatında bürünc medal qazanıblar. Sumqayıt24 bu barədə 9 noyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Paracüdo üzrə yarış Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunub. Millimizin tərkibində çıxış edən çüdoçularımız: Namiq Abaslı (73 kq) və Şəhanə Hacıyeva (48 kq) çempionatın bürünc medalına sahib olublar.
Qeyd edək ki, idmançıların məşqçiləri müvafiq olaraq Azad Zahidov və Fərid Ağakişiyevdir.