Sumqayıt paracüdoçusu Avropa paralimpiya çempionatında qızıl medal qazanıb. Bu haqda 9 avqust tarixində Sumqayıt24 Milli Paralimpiya Komitəsinə istinadən məlumat verir.
Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında 70 kq çəki dərəcəsində çıxış edən qadın idmançımız Xanım Hüseynova bütün rəqblərinə qalib gələrək çempion olub.
Bununla Sumqayıt idmançıları çempionatda qazandıqları medalların sayını 4-ə çatdırıblar.