Veteran cüdoçumuz Dünya çempionatının qızıl medalına sahib olub. Bu barədə 9 sentyabr tarixində Cüdo Federasiyasına istinadən xəbər veririk.
Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən Dünya çempionatında veteran idmançımız Fərhad Rəcəbli möhtəşəm performans göstərərək mundialda 10-cu dəfə qızıl medal qazanıb. M7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində çıxış edən Rəcəbli ardıcıl olaraq Ukrayna, Böyük Britaniya və Almaniyadan olan rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.