Sumqayıtlı cüdoçu Almaniyada olub. Sumqayıt24 bu haqda 3 avqust tarixində Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir.
Gənclərdən ibarət millimiz Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Berlin şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edib. Hazırlıq prosesində 12 oğlan və 4 qız idmançımız iştirak edib. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi, Sumqayıt idmançısı Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik ediblər.
Qeyd edək ki, idmançılar payızda keçiriləcək Avropa və Dünya çempionatlarına hazırlaşırlar.