Sumqayıt idman ictimaiyyətinə ağır itki üz verib. Bu haqda 14 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Yunan-Roma güləşi üzrə ölkə çempionu, əməkdar məşqçi Bahadur Həziyev 52 yaşında uzun müddət davam edən xəstəlikdən vəfat edib.
İdman ustası 11 dəfə Azərbaycan çempionu olub. 2010-cu ildə "Əməkdar məşqçi” fəxri adını qazanıb.
O, Qubadlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində məşqiçi-müəllim kimi çalışıb.
Allah rəhmət eləsin!