“Sumqayıt” klubunun futbolçusu Erik Sorqa milliyə dəvət alıb. Sumqayıt24 bu haqda 1 sentyabr tarixində xəbər verir.
24 yaşlı hücumçu Estoniya yığmasının heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveç və Belçika ilə qarşılaşacaq. Matçlar müvafiq olaraq 9 və 12 sentyabr tarixlərində keçiriləcək.