Veteran cüdoçumuz növbəti dəfə dünya çempionatını qazanıb. Sumqayıt24 bu haqda 1 noyabr tarixində xəbər verir.
Turnir Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilir. Sumqayıtın tanınmış idmançısı Fərhad Rəcəbli (-90 kq) M7 yaş kateqoriyası üzrə bütün rəqiblərini yenərək qızıl medala sahib olub.
Qeyd edək ki, bu, Fərhad Rəcəblinin usta cüdoçular arasında Dünya çempionatlarında qazandığı 11-ci qızıl mükafatdır.