"Sumqayıt"ın rəqibi də hazırlıqlara başlayıb. Sumqayıt24 bu haqda 8 iyul tarixində xəbər verir.
"Fehervar" futbol klubu Sloveniyada təlim-məşq toplanışı keçirir. Komanda iyulun 11-də Serbiyanın "Çukariçki", iki gün sonra yerli "NK Dekani", iyulun 17-də isə Türkiyənin "Göztəpə" kollektivi ilə yoldaşlıq oyunu keçirəcək.
Xatırladaq ki, “Sumqayıt” və macar klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqib düşüblər. İlk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.