"Yay Futbol Düşərgəsi"nin ilk mərhələsi yekunlaşıb. Sumqayıt24 bu haqda 4 iyul tarixində xəbər verir.
İlk qrupun son günündə iştirakçılar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun mətbuat konfransı zalında hədiyyələr və diplomlarla mükafatlandırılıblar.
Qeyd edək ki, düşərgə "Paşa Həyat Sığorta" ASC ilə "İkar-Qrup" MMC-nin ("Kəhriz Su") sponsorluğu, "Azərikimya" İB-nin dəstəyi, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və "Sumqayıt" Futbol Klubu tərəfindən təşkil olunub.