“Sumqayıt” klubu yeni mövsümün hazırlıqlarına başlayıb. Sumqayıt24 bu haqda 18 iyul tarixində xəbər verir.
Komandamız toplanışın ilk gününü bir çalışma ilə başa vurub. Baş məşqçimiz Samir Abasovun rəhbərliyi ilə gerçəkləşən məşqdə futbolçularımız, əsasən, fiziki və taktiki tapşırıqlar üzərində çalışıblar.
Xatırladaq ki, “Sumqayıt futbol klubu iyulun 27-dək Türkiyənin Ərzurum şəhərində məskunlaşıb.