“Sumqayıt”dan ayrılan futbolçu yeni komandanın heyətinə qatılıb. Bu haqda 25 iyul tarixində Sumqayıt24 xəbər verir.
Beləliklə, müdafiəçi Yusif Nəbiyevi Premyer liqaya yenicə qayıtmış “Kəpəz” klubu transfer edib. Gəncə təmsilçisi ilə 24 yaşlı oyunçu arasında 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Nəbiyevin qardaşı Fərid də eyni komandaya cəlb edilib.