Sumqayıt tennisçiləri beynəlxalq uğura seviniblər. Sumqayıt24 bu barədə 21 sentyabr tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Gürcüstanın Batumi şəhərində stolüstü tennis üzrə dünya seriyalı “WTT Youth Contender” turniri təşkil olunub. Millinin tərkibində çıxış edən idmançılarımız Yağmur Məmmədli (13 yaş), Mərziyyə Nurmətova (15 və 17 yaş) və Aylin Əsgərova (17 yaş) şəxsi yarışlarda bürünc medal qazanıblar.
Onların məşqçiləri Elnur Hidayətzadə və Gülnarə İbrahimovadır.