Sumqayıtda yunan-Roma güləşi üzrə ustad dərsləri keçirilib. Sumqayıt24 bu haqda 2 iyul tarixində xəbər verir.
Dərs Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən Mehdi Hüseynzadə adına şəhər stadionunun ərazisində təşkil olunub. Məqsəd şəhərdə güləşin təbliği və inkişafı, yeniyetmə və gənclər arasında idmana marağın artırılmasıdır.