Sumqayıt pəhləvanı reytinq turnirində mübarizə aparıb. Sumqayıt24 bu haqda 17 iyul tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Yunan-Roma güləşi üzrə birincilik Macarıstanının paytaxtı Budapeşt şəhərində keçirilib. Milli komandamızın heyətində çıxış edən Murad Məmmədov (63kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Əbülfət Məmmədovdur.