Sumqayıtdan olan qadın güləşçi Paris–2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək. Bu haqda 3 iyul tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək. Ölkəmizi milli komandanın heyətində cüdoçumuz Gültac Məmmədəliyeva də təmsil edəcək. O, 52 kq çəki dərəcəsində mübarizə aparacaq.