Sumqayıtın usta cüdoçusu mükafat udub. Sumqayıt24 bu haqda 4 noyabr tarixində xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə veteran idmançılar arasında Dünya çempionatı təşkil olunub. Şəhərimizin təmsilçisi Vüqar Babayev 66 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.
Xatırladaq ki, digər həmşəhərlimiz Fərhad Rəcəbli sözügedən turnirin qalibi olub.