Sumqayıt idmançısı Dünya çempionatında 2 qızıl medala sahib çıxıb. Bu haqda 23 avqust tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
BƏƏ-nin Dubay şəhərində parapauerliftinq üzrə Dünya çempionatı keçirilib. Yığmanın tərkibində çıxış edən Leyla Kərimova gənclərin yarışında ən yaxşı qaldırdığı nəticəyə görə (78 kq) və ümumi qaldırdığı çəkiyə görə (148 kq) 2 qızıl medal qazanıb. O, gənclər arasında Avropa rekordunu yeniləyib.
İdmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Yaşar Hacıyevdir.