Sumqayıt tennisçisi beynəlxalq turnirdə yüksək nailiyyət əldə edib. Bu haqda 27 oktyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Misirin paytaxtı Qahirə şəhərində Dünya seriyalı "WTT Youth Contender" turniri keçirilir. Millimizin tərkibində iştirak edən idmançımız Mərziyyə Nurmətova qarışıq qoşa yarışda bürünc medal əldə edib.
Beynəlxalq turnirə 29 oktyabr tarixində yekun vurulacaq.