Əməkdar məşqçi Elbrus Rzayevin tələbələri uğurlu çıxış sərgiləyiblər. Sumqayıt24 bu haqda 9 noyabr tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Belarusun paytaxtı Minsk şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Millimizin heyətində çıxış edən Sumqayıt idmançıları Sübhan Babayev (54 kq) və Kənan Aslanlı (63 kq) bürünc medal qazanıblar.