top
İsveçdən təklif alan sumqayıtlı Nuray niyə öz ölkəsində oynamır?
Müsahi̇bə
26 noyabr 2025, 17:45
- ↺ +

İsveçdən təklif alan sumqayıtlı Nuray niyə öz ölkəsində oynamır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Sumqayıt sakini futbolçu qıza İsveçdən təklif gəlib.

9 yaşlı Nuray İmanzadənin Azərbaycanda oynaya bilməməsi, bununla yanaşı İsveçdən təklif alması xəbəri sosial şəbəkələrdə sürətlə yayılıb. Cəmiyyət isə təəccüblənir: belə bir uşağı necə gözdən qaçırmaq olar?

Nurayın sözlərinə görə, futbola sevgisi həyətdən başlayıb. Bir gün futbol oynayan uşaqlara qoşulub və o vaxtdan etibarən idmansız həyatını təsəvvür etmir. Elə bu vaxt, məşqçi Elman Alışanov istedadlı qızları tapmaq üçün Sumqayıtdakı bütün məktəblərə elan göndərmişdi.

Təsadüf elə gətirib ki, akademiya əməkdaşlarından biri Nurayın həyətdə top qovduğunu görüb və qısa müddət sonra "Sumqayıt" akademiyası qızcığazın qapısını döyüb, məşqlərə başlamağı təklif edib. Amma Nurayın atası Cabir İmanov razılıq verməyib:

"Qızımın bacarığı barədə onu oynayan görən tanışlarımdan çox eşitmişdim. Amma etiraf edirəm ki, bu sözləri qulaqardına vururdum. Akademiyadan təklif gələndə isə əleyhinə idim. Qız uşağı hara, futbol hara?", – deyə o, bildirib.

Akademiyadan təxminən bir ay ərzində atasının telefonuna aramsız zənglər gəlib, nəhayət, atası qızının israrına dözməyib razılıq verib.

Məşqçi Elman Alışanov həmin günü belə xatırlayır: 

"İlk məşqdəcə gördüm ki, bu, qeyri-adi dərəcədə bacarıqlı uşaqdır, desəm ki, Allah vergisidir, yanılmaram. "Sumqayıt" klubunun məşqçiləri məşqi izləyirdilər və heyrətə gəlmişdilər. "Bunu haradan tapmısan?", – deyirdilər". 

Məşqçinin sözlərinə görə, Nuray U-16 komandasında çıxış edən qızların arasında belə seçilir:

"Nurayın tam şəkildə inkişaf etməsi üçün sağlam rəqabət və yarışlarda iştirak vacibdir. Lakin "Sumqayıt" U-12 qızlar liqasında təmsil olunmur". 

"Sumqayıt" akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru və əməkdar məşqçi Ağamusa Bağırov bildirib ki, şəhərdə bu yaşda futbolçu qızların sayı olduqca azdır:

"İlboyu qızlar axtarırıq, seleksiya və festivallar təşkil edirik. Pandemiyaya qədər hər şey yaxşı gedirdi, lakin sonra qadın komandalarının inkişafı dayanmış oldu. Hazırda növbəti mövsüm üçün U-12 komandamızın olması yönündə işlər görülür".

A. Bağırovun fikrincə, optimal həll yolu Nurayın U-10 oğlan komandaları arasında yarışlara buraxılmasıdır. Bu yaş qrupunda formal şəkildə xal hesablanmır. Çünki rəsmi turnirlər 13 yaşdan yuxarı olan idmançılar üçün başlayır.

Qızın valideynləri və məşqçisi alternativ olaraq istisna edilməsini və Nuraya başqa yaş kateqoriyasında - qızlar arasında oynamaq icazəsinin verilməsini istəyiblər. Lakin hər iki variant qaydalara uyğun deyil.

AFFA-nın mətbuat xidmətindən isə bildirilib ki, bu problemin həlli məqsədilə AFFA-nın Qadın Futbolu Departamenti qızın valideynləri ilə əlaqə saxlayıb. Onlara Nurayın U-12 liqasında təmsil olunan başqa bir komandanın heyətində çıxış etməsinə dəstək göstərilməsi təklif edilib.

Nurayın Azərbaycanda yarışlara qatıla bilməməsi fonunda sosial şəbəkələrdə ona İsveçdən təklif gəldiyi barədə məlumatlar yayılıb. Ağamusa Bağırov bu məsələyə aydınlıq gətirib:

"Hələlik İsveç komandalarından konkret təklif olmayıb, amma maraq göstərilib. İsveçin "Karlslunds IF" klubunda qızların məşqçisi Azərbaycan millisinin sabiq futbolçusu Valeh Qafarovdur. O, bizimlə əlaqə saxladı, Nurayın istedadını qeyd etdi və imkan olarsa, onu qəbul etməkdən məmnun qalacağını bildirdi. Amma sənədləşmə kimi nüanslar var.

Biz klub və akademiya olaraq qadın futbolunu inkişaf etdirməkdə davam edirik: hazırda üç komandamız var və onlar uğurla çıxış edirlər. "Sumqayıt"ın əsas qadın komandası bir dəfə ölkə çempionu olub, milli çempionatda mükafatçılar sırasına düşüb. Bu mövsüm isə qızlarımız yalnız bir heç-heçə qeydə alıblar, digər bütün oyunlarda qalib gəliblər".

Nurayın atası Cabir İmanovun sözlərinə görə, qızı dördüncü sinifdə oxuyur, əlaçıdır və şahmatla məşğul olur. O qeyd edib ki, lakin məktəb onu bəzən məşqlərə buraxmır: 

"Nuray Sumqayıt şəhər 15 nömrəli məktəbdə oxuyur. Akademiyadan rəsmi arayış gətirsəm də, dərs buraxmağa icazə vermirlər".

Futbol qızcığazın ürəyində xüsusi yer tutur. O, "Qarabağ"a və "Sumqayıt"a azarkeşlik edir, xarici klublardan isə Madrid "Real"ını sevir. Nuray peşəkar futbolçu olmaq istəyir: 

"Məşqçilərin tapşırıqlarını diqqətlə dinləyirəm. Futbolla bağlı çoxlu arzularım var. Bir gün güclü komandada, məsələn, "Real"da oynamaq istəyirəm. Əgər bir gün ölkədən getsəm, əlbəttə ki, vətənimi çox darıxacağam, amma futbola sevgim üçün səbirli olmalıyam", - deyə Nuray bildirib.

Atası da qızına dəstəkdir: 

"Əgər xaricə getmək imkanı yaransa və lazımi şərait olsa, məmnuniyyətlə onu müşayiət edərəm. Axı digər ölkələrdə qadın futbolu daha inkişaf edib".

Bununla belə, Nuray və ailəsi onun Azərbaycanı təmsil etməsini istəyir: 

"Mən ölkəmizi və bayrağımızı xaricdə tanıtmaq istəyirəm. Azərbaycan millisinin formasını qürurla geyinə biləcəyim günü səbirsizliklə gözləyirəm".

Mənbə: İdman.Biz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Bu gün, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Bu gün, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Bu gün, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Bu gün, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Oxşar xəbərlər