Sumqayıtın 75 illik yubileyi münasibətilə "Təmiz şəhər – sağlam gələcək" adlı səhər idmanı keçirilib. Bu haqda 4 iyul tarixində Sumqayıt24 xəbər verir.
Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan idman tədbiri Mehdi Hüseynzadə adına stadionda olub. Burada müxtəlif sahələri təmsil edən könüllü gənclər iştirak ediblər.