Sumqayıt şəhər 23 nömrəli məktəbinin şagirdi beynəlxalq idman turnirinin qalibi olub. Bu haqda 9 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Belarusun paytaxtı Minsk şəhərində yeniyetmə boksçular arasında yarış keçirilib. Turnirdə çıxış edən 10d sinif şagirdi Nurlan Abışov bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Məktəbli diplom və medalla təltif olunub.