Sumqayıt şəhər 3 nömrəli məktəbinin şagirdi idman turnirində müvəffəqiyyət qazanıb. Bu haqda 16 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Tədris ocağının 7c sinif şagirdi Məhəmmədəli Abbaslı Azərbaycan Karate Federasiyasının təşkil etdiyi “Black and the Caspian sea” açıq karate turnirində 1-ci yeri tutub. O, medal və diplomla təltif edilib.