Sumqayıtlı şahmatçı Dünya Kuboku ilə erkən vidalaşıb. Sumqayıt24 bu haqda 4 avqust tarixində xəbər verir.
Bakıda keçirilən Dünya Kubokunda sensasiya yaşanıb. Qrosmeyster Şəhriyar Məmmədyarov mübarizəyə başladığı 1/64 final mərhələsini adlaya bilməyib. O, iki görüşün cəmində sinqapurlu Tin Jinqyaoya 1,5:0,5 hesabı ilə məğlub olub.