Beynəlxalq Şahmat Federasiyası (FIDE) reytinq cədvəlini açıqlayıb. Sumqayıt24 bu haqda 1 avqust tarixində xəbər verir.
Sumqayıtlı şahmatçı Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 1 pillə irəliləyib. Titullu idmançı 2747 xalla 13-cü sırada qərarlaşıb.
Qeyd edək ki, “Şah”ın ən yaxın izləyicisi erməniəsilli Amerika şahmatçısı Levon Aronyandır. Onları 5 xal ayırır.