Sumqayıtlı güləşçilər “Matteo Pellikone” turnirində finala yüksəliblər. Bu haqda bu gün, 22 iyun tarixində Güləş Federasiyasına istinadən xəbər veririk.
Yunan-Roma güləşçisi İslam Abbasov estoniyalı Ranet Kaljola, macar İştvan Takaçı və dünya ikincisi, isveçli Aleks Kessidisi məğlub edib.
Turnirdə çıxış edən digər güclü idmançı, Murad Məmmədov türkiyəli Ekrem Öztürkə, həmyerlisi Nihat Məmmədliyə, amerikalı İldar Hafizova və estoniyalı Helari Maeqisaluya üzərində qələbə qazanıb.
İdmançılarımızın final qarşılaşmaları bu gün Bakı vaxtı ilə 20:00-da başlayacaq.