Sumqayıt cüdoçusu beynəlxalq turnirində iştirak edəcək. Bu haqda 16 avqust tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində 18-20 avqust tarixlərində cüdo üzrə Qran-pri turniri keçiriləcək. Qadınlardan ibarət yığmanın tərkibində 52 kq çəki dərəcəsində idmançımız Gültac Məmmədəliyeva mübarizə aparacaq.
Üç gün davam edəcək yarışda 88 ölkədən 560 idmançı qüvvəsini sınayacaq.