Sumqayıt idmançıları stolüstü tennis üzrə turnirdə uğur qazanıblar. Bu haqda 18 dekabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Bakıda “Heydər Əliyev İli”nə həsr olunmuş “Top-8” ölkə turniri keçirilib. Yarışda iştirak edən idmançılarımız – Məryəm İmanova qızıl, Mərziyyə Nürmətova isə bürünc medallara sahib çıxıblar.