Sumqayıt Dövlət Universitetində (SDU) qılıncoynatma üzrə açıq şəhər birinciliyi keçirilib.
Sumqayit24.az xəbər verir ki, yarış 2011-2012, 2013-2014, 2015-ci illər və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında təşkil olunub. Gərgin mübarizə şəraitində keçirilən turnirin sonunda qaliblər diplom və medallarla təltif olunublar.
Birincilik Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb.