Xanımlardan ibarət “Sumqayıt” futbol klubu mühüm qələbə qazanıb. Bu haqda 18 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Yüksək Qızlar Liqasında 5-ci turun oyunları baş tutub. “Kapital Bank Arena”nın ehtiyat meydançasında komandamız “Neftçi”ni qəbul edib. Qızlarımız çempionluq yolunda əsas rəqibi üzərində 2:1 hesablı qələbə qazanıblar.
Təmsilçimiz 5 turdan sonra maksimum nəticə göstərməklə turnir cədvəlinin zirvəsində yer alıb.