Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess India Rapid 2022” turniri başa çatıb. Sumqayıt24 bu barədə 2 dekabr tarixində xəbər verir.
37 yaşlı qrosmeysterimiz Şəhriyar Məmmədyarov rapid turnirini 4,5 xalla yekunlaşdıraraq 6-cı pilləni tutub.
Qeyd edək ki, dekabrın 3-də sözügedən turnirin blits yarışlarına start veriləcək. Yarışın qalibi 10 min ABŞ dolları qazanacaq.