Rafael Ağayev beynəlxalq turnirdə karatesevərlərlə görüşüb. Sumqayıt24 bu barədə 6 dekabr tarixində Milli Karate Federasiyasına istinadən xəbər verir.
Rusiyanın paytaxtı Moskva şəhərində karate idman növü üzrə "Moscow-Karate Universe" beynəlxalq turniri keçirilib. Rafael Ağayev yarışda gənc karatesevərlərlə görüşüb, müxtəlif müsahibələr verib, eləcə də məşqçi kimi iştirak edib.
Qeyd edək ki, turnirə 15 ölkədən 307 idmançı qatılıb. [modula id="28216"]