Sumqayıtlı karateçi titul görüşünə çıxacaq. Sumqayıt24 bu barədə 23 noyabr tarixində Report.az-a istinadən xəbər verir.
Peşəkarların mübarizə apardığı "Karate Combat"da idmançımız Rafael Ağayev ağır çəkidə ABŞ təmsilçisi Raymond Danielslə üz-üzə gələcək. Döyüş dekabrın 17-də baş tutacaq.
Qeyd edəki ki, 37 yaşlı Rafael Ağayev Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.