Şahmat üzrə millimiz İsraildəki dünya çempionatında növbəti oyunlarını keçirib. Bu barədə 22 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Heyətində Şəhriyar Məmmədyarovun olduğu komanda B qrupunun III turunda Hindistan seçməsinə 2,5:1,5 hesabı ilə məğlub olub. Növbəti turda Polşanı sınağa çəkən kollektiv sülhə razılaşıb - 2:2.
Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək.