Şahmat millimiz dünya çempionatında növbəti oyunlarını keçirəcək. Bu barədə 21 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Yarış İsraildə təşkil olunub. Heyətində Şəhriyar Məmmədyarovun da yer aldığı yığma B qrupunun III turunda Hindistan, IV turunda isə Polşa seçmələrini sınağa çəkəcək.
Komanda ötən gün Özbəkistanı 2,5:1,5, ABŞ-ni isə 3:1 hesabı ilə üstələyib. Sumqayıtlı şahmatçı hər iki oyunu qələbə ilə başa vurub.
Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan kollektivlər 1/4 finala yüksələcək.