Sumqayıtlı şahmatçı "Norway Chess"-də ardıcıl ikinci qələbəsini qazanıb. Sumqayıt24 bu haqda bu gün, 4 iyun tarixində turnirin saytına istinadən xəbər verir.
Şəhriyar Məmmədyarov 4-cü görüşünü çinli Van Haonuya qarşı keçirib. Qara fiqurlarla oynayan “Şah” rəqibini məğlub edib. Hazırda 7 xalı olan təmsilçimiz 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, yarış Norveçin Stavanger şəhərində keçirilir.