Daha bir sumqayıtlı şahmatçı Ümumdünya Şahmat Olimpiadasında qələbə qazanıb. Sumqayıt24 bu haqda 1 avqust tarixində turnirin rəsmi saytına istinadən xəbər verir.
Kişilərdən ibarət millimiz Hindistanın Çennay şəhərində keçirilən yarışın 3-cü turunda Argentina seçməsi ilə mübarizə aparıb. Şəhriyar Məmmədyarov Fernando Peraltanı məğlub edib. Nəticədə, ümumi hesaba görə, yığmamız qalib gəlib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.