Şahmatçımız “Tata Steel Chess India Rapid 2022”-də son oyunlara hazırlaşır. Bu barədə 1 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Turnirin yekun günündə Şəhriyar Məmmədyarovun rəqibləri hindistanlı Nihal Sarin, özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Santoş Vidit olacaqlar.
Qeyd edək ki, sumqayıtlı qrosmeyster 3-cü pillədə qərarlaşıb. Yarışın qalibinə 10 min ABŞ dolları veriləcək.