"Meltwater Champions Chess Tour" seriyasının sonuncu mərhələsi başa çatıb. Bu barədə 21 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Axırıncı, yeddinci turda Vyetnam təmsilçisi Le Kuanq Lyomaya rəqib olan sumqayıtlı qrosmeyster Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə uduzub.
Nəticədə, “Şah” 8 şahmatçı arasında yarışı 7-ci yerdə başa vurub.