Sumqayıtlı şahmatçı Şəhriyar Məmmədyarov "Vüqar Həşimov Memorial-2024” superturnirində iştirak edəcək.
Sumqayıt24.az xəbər verir ki, xatirə turniri bu gün Şuşada başlayacaq. Yarışda Azərbaycanı milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı təmsil edəcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək. Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.