Sumqayıtlı şahmatçılar Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəklər. Sumqayıt24 bu haqda 8 iyul tarixində xəbər verir.
Yarış Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək. Qrosmeysterlər Şəhriyar Məmmədyarov və Gövhər Beydullayeva millinin heyətində mübarizə aparacaqlar.
Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.